Finneas OKonnell

Finneas OKonnell
ing. Finneas O'Connell
Finneas 2019-cu ildə
Finneas 2019-cu ildə
Ümumi məlumatlar
Doğum adı Finneas Baird O'Connell
Doğum tarixi 30 iyul 1997(1997-07-30) (26 yaş)
Doğum yeri
Vətəndaşlığı
Anası Meqqi Beyrd
Musiqiçi məlumatları
Fəaliyyəti aktyor, müğənni-mahnı yazarı, gitaraçı, musiqi prodüseri, müğənni, mahnı yazarı[d], bəstəkar
Fəaliyyət illəri 2011-ci ildən
Janr pop musiqisi
Musiqi alətləri bas-gitara, klavişli alət[d], gitara, piano
Əlaqələri Billi Ayliş (bacısı)
Brayan Beyrd (dayısı)
Mükafatları "Qremmi" mükafatı Academy Award for Best Original Song Academy Award for Best Original Song
finneasofficial.com
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Finneas Beyrd OKonnell (ing. Finneas Baird O'Connell, 30 iyul 1997, Los-Anceles, Kaliforniya) — amerikalı müğənni, mahnı yazarı, musiqi prodüseri və aktyor. O, müxtəlif sənətçilər, xüsusi ilə də bacısı Billi Ayliş üçün mahnılar yazıb prodüserlik etmişdir. O, Böyük Dördlük kateqoriyalarındakı nominasiyalar da daxil olmaqla, 13 ümumi nominasiya arasında səkkiz "Qremmi" mükafatı qazanıb. Bundan əlavə o, "No Time to Die" mahnısına görə "Oskar", "Qızıl Qlobus" və "Qremmi" mükafatına layiq görülüb.

Finneas solo ifaçı kimi bir neçə sinql buraxıb və ilk mini-albomu "Blood Harmony"ni 2019-cu ilin oktyabrında yayımlayıb. Mini-albomun "Let's Fall in Love for the Night" mahnısı ABŞ Billboard alternativ mahnılar hit-paradında 17-ci pilləyə yüksəlmişdir.[1] Onun ilk studiya albomu "Optimist" 2021-ci ilin oktyabrında Interscope Records tərəfindən buraxılıb.

Finneas 2013-cü ildə "Life Inside Out" adlı müstəqil filmdə rol alıb.[2] O, həmçinin Fox musiqili komediya-dram serialı "Glee"də Alistair rolu ilə tanınır.[3] Bundan əlavə o, ABŞ sitkom serialı "Müasir ailə"də çəkilmişdir.[4]

  1. Shaffer, Claire. "Finneas Previews Debut EP 'Blood Harmony' With New Song 'Shelter'". Rolling Stone. August 22, 2019. April 14, 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: October 3, 2019.
  2. "Talking with Maggie Baird and Finneas O'Connell". Your Teen Magazine. September 18, 2015. September 1, 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: September 1, 2019.
  3. Abldor, Jen. "Billie Eilish's Brother, Finneas O'Connell, Was On "Glee" And I Can't Believe I Just Realized That". BuzzFeed. April 11, 2019. June 2, 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: June 2, 2021.
  4. Sitat səhvi: Yanlış <ref> teqi; Tatiana adlı istinad üçün mətn göstərilməyib

© MMXXIII Rich X Search. We shall prevail. All rights reserved. Rich X Search